"Mançester Yunayted"də KAPİTAN DƏYİŞDİ

 04:27 18.01.2020     38

"Mançester Yunayted" klubunun baş məşqçisi Ule Qunnar Sulşer "Liverpul"la oyunöncəsi mətbuat konfransı keçirib.

Publika.az-ın verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis kapitanlıq sarğısının artıq komandanın müdafiəçisi Harri Maquayra həvalə olunduğunu bildirib.

Qeyd edək ki, daha öncə kapitanlıq sarğısı komandanın digər müdafiəçisi Eşli Yanqa məxsus idi.


Xəbərin mənbəyi: https://publika.az/news/idman/302251.html