Bağdadda şiddətli toqquşma - Çox sayda ölü və yaralı var

 06:00 18.01.2020     34

Bağdadda polislə nümayişçilər arasında şiddətli toqquşma baş verib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, qarşıdurma zamanı azı 5 nəfər həyatını itirib. 30-a qədər yaralı var. Bildirilir ki, qəzəbli kütlə polis məntəqəsinə hücum edərək, hökumət əleyhinə şüarlar səsləndirib. Asayiş keşikçiləri etirazçıları dağıtmaq üçün güc tətbiq etmək məcburiyyətində qalıb.

Hazırda Bağdadın Təhrir meydanında gərgin vəziyyət davam edir.

Anar Türkeş


Xəbərin mənbəyi: https://publika.az/news/neareast/302255.html