Adidas qadınları öz qaydaları ilə oynamağa çağırdı – VİDEO

 07:21 18.01.2020     33

İdman geyimləri və ayaqqabılarının istehsalçısı Adidas müxtəlif tip bədən quruluşunda olan qadınlar üçün yeni inklüziv kolleksiya buraxıb.

Milli.Az facemark.az-a istinadən bildirir ki, bu haqda AdAge portalı yazıb. Onun buraxılması üçün isə istehsalçı Reimagine Sport reklamını çəkib.

Çarxda müxtəlif sahələri təmsil edən və müxtəlif bədən quruluşlarında olan qadınlardan bəhs edilib-yoga təlimatçısı Cessamin Stanli, qar xizəkçisi Mikaela Şifrin, velosipedçi Denis Şindler, rəqqas Nadya Okamoto, qaçışcı Cada Sezer və s. iştirak edib.

Videonun məqsədi odur ki, qadınlar öz forma və ölçülərinə baxmayaraq gözəl və atletik ola bilərlər. Reklamın müəllifləri qadınları öz qaydaları ilə oynamağa çağırıb.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/interest/818399.html