Meksikada Müdafiə Nazirliyinin patruluna hücum edilib

 07:25 18.01.2020     64

ABŞ ilə sərhəddə yerləşən Meksikanın Tamaulipas ştatında ərazini patrul edən əsgərlər bir qrup silahlı şəxslər tərəfindən hücuma məruz qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Mañana" nəşriyyatı bildirib.

Məlumata əsasən, hadisə nəticəsində 11 hücum edən şəxs öldürülüb:

"Reynosa-Miqel Aleman şossesi yaxınlığında silahlı qrup tərəfindən pusqudan edilən hücum nəticəsində 11 mülki şəxs əsgərlərin cavab atəşi ilə öldürülüb".

Toqquşma yerində on bir Kalaşnikov avtomatı və partlayıcı maddənin ələ keçirildiyi bildirilir.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/world/818945.html