Türkiyə sahil mühafizəsi 1470-dən çox qanunsuz miqrant saxlayıb

 07:35 18.01.2020     60

Türkiyə Sahil Mühafizəsi son bir həftə ərzində 1471 qanunsuz miqrantı saxlayıb.

Bu barədə Sahil Mühafizə Komandanlığının rəsmi "Twitter" səhifəsində dərc olunmuş hesabatında deyilir.

Qeyd edilib ki, son bir həftə ərzində baş verən 41 hadisədə 1471 qanunsuz miqrant və miqrant qaçaqmalçı tutulub.

Həmin paylaşımda bildirilib ki, həftə ərzində 12 qanunsuz mühacir meyiti aşkar edilmişdir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/818946.html