Chanel özünün yeni reklam çarxında Aya lift qaldırdı – VİDEO

 07:51 18.01.2020     30

Moda evi Chanel Over the Moon adlı qısametrajlı reklam çarxı buraxıb. Reklam çarxı brendin rəsmi YouTube səhifəsində yerləşdirilib.

Milli.Az facemark.az-a istinadən bildirir ki, reklam çarxının süjeti üzrə bir-biri ilə tanış olmayan 4 nəfər lift ilə Aya qalxır.

Amma lift qəfildən qırılır, onlar içəridə qalmalı olurlar. Aydınlaşır ki, onların əslində hamısının oxşar bir xüsusiyyəti var. Belə ki, hamısı Chanel-in saat və zərgərlik məhsullarını sevirlər.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/interest/818402.html