Meksikada cinayətkarlar 20 evi və 7 avtomobili yandırıblar

 07:55 18.01.2020     67

Silahlı insanlar gecə Meksikanın şimalındakı Çiuaua ştatında Madera dağ bələdiyyəsinə hücum ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin şəxslər bələdiyyədə 20-ə yaxın ev və yerli sakinlkərin avtomobillərini yandırıblar.

Məlumata əsasən, bölgədə Müdafiə Nazirliyi və İstintaq Komitəsinin 150 əməkdaşının iştirakı ilə cinayətkarların axtarışı üçün yerüstü və hava əməliyyatı başlanılıb.

Həlak olan və xəsarət alan barədə məlumat, habelə hadisənin versiyası açıqlanmayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/818948.html