İranda 3 nəfər selin qurbanı oldu

 21:51 18.01.2020     85

İranın cənub- şərqindəki Sistan-Bəluçistan əyalətində davam edən sel nəticəsində 3 nəfər həlak olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sel fəlakəti 9 yanvardan etibarən davam edir. Fəlakət nəticəsində 400 kənd su altında qalıb.

20 mindən artıq ev sel nəticəsində yararsız hala düşüb. İnsanlar 7 gündür ki, evlərindən kənarda yaşayırlar.

Bölgədə yollar bağlı olduğundan helikopterlər vasitəsilə insanlara yardımlar aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/819146.html