Sevgi münasibətlərinizə rəng qatacaq məqamlar

 19:10 19.01.2020     57

Hər kəs istəyir ki, evlilikdən sonra da münasibətləri həyəcanla davam etsin. Lakin bir müddət sonra bəzi ailələrdə həyəcan itir və tərəflər arasında soyuqluq yaranır.

Milli.Az gencaile.az-a istinadən sevdiyiniz insanla münasibətinizə rəng qatacaq bəzi məqamları təqdim edir:

Səyahətə çıxın:

Qısa səfərlər edin. Fərqli yerləri araşdırın və birlikdə yeni xatirələr yaradın.

Rəqs edin:

Rəqs etmək insanı biri-birinə daha çox bağlayır. Düzdür bəzi kişiləri buna razılaşdırmaq çətin olur. Lakin birlikdə rəqs kursuna yazılmaq sizin münasibətinizə xoş anlar bəxş edəcək.

Kitab oxuyun:

Birlikdə bir roman oxumağa başlayın. Kitab haqqında fikirlərinizi müzakirə edin və paylaşın. Beləliklə, onun daxili dünyasına öyrənmiş olacaqsınız.

Birlikdə yemək hazırlayın:

Evdə romantik abu-hava yaradın. Sevdiyiniz yeməklərin menyusunu seçin və birlikdə hazırlamağa başlayın. Mətbəxdə vaxt keçirmək münasibətlərinizə həyəcan qatacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/819010.html