"Liverpul"a qarşı oynamayacaq

 19:27 19.01.2020     43

"Mançester Yunayted"in futbolçusu Markus Reşford İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul"la oyunu buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb 22 yaşlı hücumçunun zədəsini tam sağaltmamasıdır. Onun gözlənildiyindən daha uzun müddət yaşıl meydanlardan kənarda qalacağı ehtimalı var.

Qeyd edək ki, M.Reşford bu mövsüm Premyer Liqada 22 oyuna çıxaraq 14 qol vurub və 5 qolun ötürməsini verib.

Xatırladaq ki, "Liverpul" - "Mançester Yunayted" görüşü bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/sport/819261.html