"Dakar” rallisində xəsarət alan idmançı vəfat etdi - FOTOLAR

 09:23 25.01.2020     59

Səudiyyə Ərəbistanında keçirilən “2020 Dakar” rallisi zamanı xəsarət alan hollandiyalı motosikletçi Edvin Straver həyatını itirib.

Publika.az xəbər verir ki, 1 həftə əvvəl xəsarət alan idmançı helikopterlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, idmançı həyatını itirib.

Bununla da, “Dakar” rallisində ölən idmançıların sayı 2-yə çatıb. Bundan əvvəl Paulu Qonsales yarış zamanı həyatını itirib.

Anar Türkeş


Xəbərin mənbəyi: https://publika.az/news/idman/302890.html