“Xiaomi” Çindəki mağazalarını bağladı - Qorxunc SƏBƏB

 15:00 28.01.2020     44

Texnologiya nəhəngi “Xiaomi” şirkəti koronavirusla bağlı bir neçə günlüyə Çindəki mağazalarını bağlayacağını açıqlayıb.

Publika.az xəbər verir ki, şirkət mağazalarının 28 yanvardan 3 fevrala qədər bağlı olacağını bildirib. Bu müddət ərzində məhsul əldə etmək istəyən istifadəçilərin tətbiq üzərindən onlayn alış-veriş etmələrini xahiş edib.

Qeyd edək ki, baş ofisi Pekində yerləşən “Xiaomi”nin Çində çox böyük şəbəkəsi var.

Şirkət 2019-cu ilin sonunda ölkə daxilində 100 yeni “Mi Store” istifadəyə verib.

Məhərrəm Əliyev


Xəbərin mənbəyi: https://publika.az/news/ikt/303173.html