Rəqsanə həyat yoldaşı ilə VİDEOSUNU yaydı

 11:19 14.02.2020     49

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla tanış olmasının səkkizinci ilini qeyd edir.

Teleqraf.com xəbər verir ki, müğınni İnstaqramda video paylaşaraq bu sözləri yazıb: “Həyatıma xoş gəldin. İlk dəfə bu sözü sənə 8 il öncə dedim. Bu ekran işi bizim sevgi hekayəmizim başlanğıcından bəhs edir.

Hər zaman sizinlə kədərimi, dərdimi bölüşdüyüm kimi, bu gün xoş və xoşbəxt günümü paylaşıram.

Çox həyəcanlıyam, həm yeni ifamın, klipin həyəcanı var, həm də bu tarixin sevinci və sevincdən doğan göz yaşları.

Arzu edirəm hər zaman sevin və sevilin, ətrafınızda sizə dəyər verən insanlar olsun. 14 Fevralda həyatıma xoş gəldin!”


Xəbərin mənbəyi: https://publika.az/news/magazin1/304950.html