Koronavirus

Bakıdakı sevgi hekayəsi hər kəsi dəhşətə gətirdi... - Eyni gündə ÖLDÜLƏR - FOTO

 11:31 14.02.2020     62

"Hər şey daxil"in "Sevgililər günü"nə həsr edilən buraxlışında tamaşaçılardan birinin efirdə danışdıqları hər kəsi məəttəl qoyub.

Milli.Az xəbər verir ki, tamaşaçının valideyinlərinin sevgi hekayəsi ilə bağlı dedikləri başda aparıcı Tarix Əliyev (Tolik) olmaqla hər kəsi dəhşətə gətirib:

"Atamla anam 53 il bir yerdə yaşadılar. Hər gün məscidə gedib Allaha yalvarırdılar ki, onları ayırmasın. Yalvarırdılar ki, eyni gündə ölsünlər. Elə də oldu, eyni gündə də öldülər. Allah dualarını eşitdi. 2012-ci ilin 12-ci ayının 12-si günü ikisi də öldü".

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/country/825879.html