Bakının mərkəzində ev yanıb

 11:56 14.02.2020     46


Bakıda yanğın hadisəsi baş verib.

Lent.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, paytaxtın Səbail rayonunda ümumi sahəsi 54 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və taxtadan ibarət dam örtüyü 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbərin mənbəyi: https://lent.az/news/339393