Lolitanın keçmiş əri ona təhlükəli preparatlar veribmiş

 11:59 14.02.2020     52

Rusiyalı müğənni Lolita Milyavskayanın vəkili Sergey Jorin bildirib ki, ifaçının keçmiş həyat yoldaşı Dmitri İvanov ona təhlükəli preparatlar verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Komsomolskaya pravda" yazıb.

"Ailəli olduqları müddətdə İvanov həyat yoldaşının sağlamlığının qayğısına qalması bəhanəsi ilə ona BAƏ-lər (bioloji aktiv əlavələr-red.) verirdi. Lolita ondan ayrılanda maddələri yoxlamaq qərarına gəlib və onları tədqiqata göndərib. Məlum olub ki, onlar orqanizmə zərər vurur", - hüquqşünas deyib. Jorin bildirib ki, bu məsələni artistlə bərabər araşdırmağı planlaşdırır.

Qeyd edək ki, Dmitri İvanov Lolitanın sayca beşinci həyat yoldaşı olub. Onların evliliyi 9 il sürüb.

Milli.Az

 
Xəbərin mənbəyi: https://news.milli.az/interest/825857.html