Təxliyə edilən azərbaycanlıların karantin müddəti bitdi

 12:13 14.02.2020     86

Aralarında azərbaycanlıların da olduğu Türkiyənin Çindən təxliyə etdiyi 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb.

Report xəbər verir ki, 14 günlük karantin bitdikdən sonra onlar evə buraxılıblar.

Xatırladaq ki, fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus ambulans təyyarəsi Çinin Vuhan şəhərindən 42 nəfəri təxliyə etmişdi. Onlardan 6-sı azərbaycanlı idi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/saghliq/445082.html