Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

 12:13 14.02.2020     51

Latviya Respublikası Hökuməti 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi aprelin 1-dir. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərarı Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) verəcək.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış olmaq mümkündür.


Xəbərin mənbəyi: https://lent.az/news/339390