Bu ana ilə qızı görənlər gözlərinə inanmır - FOTO

 12:19 14.02.2020     67

ABŞ-ın Kaliforniya əyalətində aralarında 24 yaş fərq olan ana ilə qızı görənləri heyrətləndirib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 43 yaşlı müəllimə kimi fəaliyyət göstərən Colen Diaz və 19 yaşındakı qızı Meilani Parks bir-birlərinə  bənzəməklə yanaşı, həm də yaxın rəfiqədirlər. Görənlər ana ilə qızın bacı olduğunu düşünür. 43 yaşlı qadın gənc qalmasının sirrini 12-13 yaşından bəri dərisinə düzgün qulluq etdiyinə görə olduğunu deyib. Heç bir pis vərdişi olmayan Colen qızını da özü kimi tərbiyə edib. O sağlam həyat tərzi keçirdiyini, spirtli içki qəbul etmədiyini, çox dincəldiyini və hər zaman  doğru qidalandığını bildirib. Bundan başqa o, hər səhər-axşam üzünü təmiz su ilə yuduğunu və C vitamini yağından istifadə etdiyini deyib. Colen gənc qalmağın daha bir sirrini heç vaxt dərin düşünmədiyini, dərin düşünməyin zehni qocaltdığını açıqlayıb.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/interest/825861.html