Sabiq nazir sərvətini açıqladı – Video

 12:20 14.02.2020     86

Sabiq nazir Tofiq Zülfüqarov ölüm faktına görə özünü günahkar saymır

Axar.az xəbər verir ki, Speys Tv-də yayımlanan “Sadə həqiqətlər” verilişinin bugünkü qonağı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov şok açıqlamalarla çıxış edib. O, bir müddət öncə bir nəfərin ölümünə səbəb olan maşın qəzasına görə məhkəmədə rastlaşdıqlarından danışaraq, ölümə görə özünü günahkar hesab etməyib.

Bununla yanaşı T.Zülfüqarov nazir olan zaman gördüyü işlərdən, Lissabon sammitində əldə olunan qələbənin detallarından da danışıb. Verilişin sonunda isə keçmiş nazir özünə məxsus sərvətindən danışıb və bütün bunları son on ildə qazandığını deyib.

Xatırladaq ki, “Sadə həqiqətlər” verilişi bu gün saat 22:00-da yayımlanacaq.


Xəbərin mənbəyi: https://axar.az/news/toplum/445084.html