“İngiltərə? Ondansa Avstraliyaya gedərəm” - macəra axtarışında olan məşqçi

 12:23 14.02.2020     116


“Barselona”nın sabiq baş məşqçisi Ernesto Valverde maraqlı açıqlama verib.

Lent.az -ın məlumatına görə, o, İngiltərə çempionatında işləməkdə maraqlı olmadığını bildirib.

Valverde Premyer Liqadansa, Avstraliyaya getməyi üstün tutduğunu qeyd edib: “Mənə İngiltərədə işləmək istəyib-istəməməyimlə bağlı tez-tez sual verirlər. “Ondansa Avstraliyada çalışaram” deyə cavab verirəm. Məşqçilik karyeran çox çəkməyə də bilər. Odur ki, qeyri-adi ölkələrə getmək mənə daha maraqlı gəlir. Məsələn, Andres İnyestanın Yaponiya klubuna keçdiyini biləndə onu alqışladım. Gələcək karyeramla bağlı hələ konkret qərar verməmişəm. Təkcə onu deyə bilərəm ki, macəra axtarışındayam”.

Qeyd edək ki, Ernesto Valverde bu vaxta qədər İspaniyadan savayı ancaq Yunanıstanda çalışıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://lent.az/news/339396