ABŞ “Avanqard” sistemini təhlükə hesab edir

 12:34 14.02.2020     50

ABŞ Rusiyanın “Avanqard” raket sistemi kimi yeni nəsil silahları qarşısında öz nüvə potensialını qoruyub saxlamalı və modernizasiya etməlidir.

Axar.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin müavini Alan Şaffer deyib.

Şaffer iddia edib ki, Çin və Rusiya artıq qitələrarası ballistik raketlərə sahib olmalarına baxmayaraq, yeni nəsil silahları işləyib hazırlamağa davam edirlər.

“Çin və Rusiya öz raket sistemlərini strateji ərazilərdə yerləşdirir. Bu, bizə meydan oxumaqdır. Biz mümkün hücumlardan özümüzü qorumalı və hər an cavab verməyə hazır olmalıyıq”, - deyə Pentaqon nümayəndəsi əlavə edib.

Onun sözlərinə görə, nüvə silahlarının qarşısının alınması ABŞ-ın da iştirakı ilə genişmiqyaslı müharibə ehtimalını əhəmiyyətli dərəcədə azaldıb.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/445088.html