Koronavirus

Bakı metrosunda HƏYƏCAN: qadın özünü qatar yoluna atdı

 12:36 14.02.2020     59

Bakı metrosunda hadisə baş verib.

Bu barədə Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə metronun "Memar Əcəmi" stansiyasında baş verib: "Stansiyada qadın qəfil qatar relsinə düşüb. Dərhal qatarların hərəkəti dayandırılıb. Qadın qatar yolundan çıxarılaraq polisə təhvil verilib. Nəticədə qatarların hərəkətində gecikmə olub. Hazırda interval bərpa olunub".


Xəbərin mənbəyi: https://publika.az/news/hadise/304960.html