Koronavirus

Bakı ən romantik şəhərlər siyahısında

 12:40 14.02.2020     59

Bakı Avropanın 10 ən romantik şəhərindən biri sayılıb.

Kult.az xəbər verir ki, Rusiyanın “TurStat” turizm portalı sevgililərin istirahəti, bayram və həftəsonu günlərində romantik səfərləri üçün Avropanın ən romantik şəhərlərinin reytinqini tərtib edib.

“TurStat”ın məlumatına görə, romantik turlar və səyahətlər bazarı ildə beş milyondan çox səfəri nəzərdə tutur.

Sankt-Peterburq, Paris, Minsk, Kalininqrad və Praqa Avropanın 5 ən romantik şəhəri sayılıb.

Bakı, Amsterdam, Tallinn və s. Avropanın 10 ən romantik şəhərlərindən hesab edilib.

Reytinq 2020-сi ilin fevralında “TurStat” saytının beş mindən çox istifadəçisinin internet sorğusunun nəticələrinə əsasən tərtib edilib.


Xəbərin mənbəyi: https://axar.az/news/hadise/445090.html