Koronavirus

Çindən Türkiyəyə gətirilən azərbaycanlılar sabah Bakıya yola salınacaqlar

 12:46 14.02.2020     49


Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları sabah Ankarada Zekai Tahir Burak xəstəxanasından buraxılacaqlar.

Bu barədə APA -nın yerli bürosuna Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan vətəndaşları xəstəxanadan buraxıldıqdan sonra sabah gün ərzində Bakıya yola salınacaqlar.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin koronavirus yayılan Uhan şəhərindən gətirilən 42 nəfərin 32-si artıq evə buraxılıb.

“6 Azərbaycan, 3 Gürcüstan, bir Albaniya vətəndaşı isə sabah xəstəxanadan evə buraxılacaqlar”, - deyə nazir qeyd edib.


Xəbərin mənbəyi: https://lent.az/news/339401