Azərbaycanda borcu olan 30 nəfər saxlanıldı

 12:48 14.02.2020     46

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 31 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 37 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 52 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.


Xəbərin mənbəyi: https://lent.az/news/339400