Bakıda oğurlanan maşın Şamaxıda tapıldı

 12:55 14.02.2020     54

Binəqədi rayonunda qadına məxsus avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi və Şamaxı rayon Polis Şöbəsi əməkdaşları avtomobil oğurluğu ilə bağlı birgə əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə S.Quliyevanın “BMW” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən T.Abbasov avtomobillə birlikdə Şamaxı rayonu ərazisində saxlanılıb.


Xəbərin mənbəyi: https://lent.az/news/339403