Koronavirus

Ərdoğandan SƏRT ÇIXIŞ: "Bu, işğal layihəsidir" - VİDEO

 13:06 14.02.2020     54

“Cənab Tramp və Netanyahu arasında Qüdslə bağlı atılan addım - “Əsrin müqaviləsi” adı ilə sırıdıqları plan bir işğal layihəsidir”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Pakistan parlamentində çıxış edən Prezident Kəşmir məsələsində də Türkiyənin sülhün, ədalətin və dialoqla həllin tərəfində olduğunu, Pakistanı yalnız buraxmayacağını dilə gətirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin həll edilməsi məqsədilə “Əsrin müqaviləsi” adlı layihə hazırlayıb. Fələstin Prezidenti Mahmud Abbas isə bu sazişi “Əsrin şapalağı” adlandırır.

Zümrüd


Xəbərin mənbəyi: https://publika.az/news/region/304961.html