Koronavirus

Xaçmaz KOB İnkişaf Mərkəzində təlimlərə başlanılıb

 21:27 19.02.2020     112

Xaçmaz KOB İnkişaf Mərkəzində startap layihələrinin yaradıcıları və mikro sahibkarlar üçün "Effektiv işgüzar ünsiyyət bacarıqları" mövzusunda təlim keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə bildirilib ki, təlimdə KOB-lar peşəkar mühitdə ünsiyyət, anlaşılmazlıq və empatiya, əks-əlaqə texnikaları, emosional vəziyyətin idarə olunması, davranış tipləri kimi mövzularda məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Xaçmaz "KOB Evi"ndə fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların maarifləndirilməsi, təlimlərin, seminarların və təcrübə proqramlarının təşkili üzrə xidmətlər təqdim olunur. KOB İnkişaf Mərkəzi mikro, kiçik və orta sahibkarları və biznesə başlamaq istəyənləri bu xidmətlərindən yararlanmağa dəvət edir.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/economy/827223.html