Koronavirus

"Google" ödənişsiz "Wi-Fi" layihəsinin fəaliyyətini dayandırır

 22:15 19.02.2020     112

"Google" şirkəti ictimai yerlərdə ödənişsiz "Wi-Fi" xidmətinin fəaliyyətini dayandırıb.

Milli.Az "ICTnews"a istinadən xəbər verir ki, layihənin bağlanmasının rəsmi səbəbi kimi dünyada mobil internetin dəyərinin aşağı düşməsidir.

"Google" şirkəti "Station" layihəsinin sonrakı inkişafı üçün gəlir gətirən dayanıqlı bir model tapmağa nail olmayıb.
Qeyd edək ki, "Google" Hindistanda dəmir yolu stansiyalarında internetə pulsuz çıxış üçün əməkdaşlıq layihəsini işə salmışdı. Hindistanda hər ay 8 milyon nəfər bu layihədən istifadə edirdi.

Bundan başqa, İndoneziya və Meksikada 400 dəmir yolu stansiyasını ödənişsiz "Wi-Fi" xidməti ilə təmin edilirdi.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/interest/827179.html