Koronavirus

İtaliyanın "Intesa Sanpaolo" bankı Avropa üzrə 7-ci ola bilər

 22:44 19.02.2020     141

İtaliyanın ən böyük bankı "Intesa Sanpaolo" ölkənin "UBI" bankını almağa dair təklif verib. Sövdələşmə 4,86 milyard avro dəyərində qiymətləndirilir. Sazişin bu ilin sonuna qədər bağlanması planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, layihə uğurla başa çatsa "Intesa Sanpaolo" Avrozonada yeddinci ən böyük bank qrupu pilləsinə yüksəlməyi və 2022-ci ildən mənfəətinin 6 milyard avrodan çox olacağı gözlənilir.

"Intesa Sanpaolo" qrupunun rəhbəri Karlo Messinanın sözlərinə görə, Avropa səviyyəsində bank sənayesi daha geniş miqyaslı, daha geniş investisiya imkanları və yeni bir maliyyə modelinin tətbiq olunmasını tələb edən yeni mərhələyə qədəm qoyub.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/world/827293.html