Koronavirus

Bala koala oyuncaq ayını anası zənn edərək onu QUCAQLADI - Kövrəldən VİDEO

 23:00 19.02.2020     125

Avstraliyada meşə yanğınlarında anasını itirən bala koala ona verilən oyuncaq ayını anası zənn edib sığındı.

Milli.Az xəbər verir ki, anasını meşə yanğınlarında itirən bala koala heyvanlar üçün olan sığınacağa yerləşdirilib. ABŞ-dan Avsrtaliyaya dəstək üçün gələn cütlük bala koalaya sahib çıxıb. Koalanın yeni sahibləri onu oyuncaq ayı ilə qarşılaşdırıblar. Bala koala oyuncağı anası zənn edərək onu qucaqlayaraq ayıya sığınıb. Sosial mediada həmin anın görüntülərini izləyənlər kövrələrək videonu dəfələrlə yayımlayıblar. (ölkə.az)

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/interest/827104.html