Koronavirus

Azərbaycanlı namizəd bu dairədə liderdir

 12:11 22.02.2020     69

Dünən axşam saat 23:30-a kimi səsvermə prosesi davam etdi. Bundan sonra səslərin sayılmasına başlanıldı.

Bu sözləri Axar.az-a Güney Azərbaycanın Sulduz şəhərindən olan milli-mədəni fəal Nadir Sulduzlu Sulduz-Üçnəviyə-Məhəmmədyar-Nalos seçki dairəsinin nəticələri haqda danışarkən deyib. Onun sözlərinə görə, qeyri-rəsmi mənbələr azərbaycanlı namizəd Əli Zəncaninin lider olduğunu bildirib.

“Qeyri-rəsmi mənbələr müxtəlif seçki məntəqələrindəki səslərin ümumi statistitası ilə bağlı məlumat verərkən Əli Zəncaninin lider namizəd olduğunu bildirdi. Məlumata görə, Ə.Zəncani 75 min səs, rəqibi Xan Babaxan isə 45 min səs toplayıb. Onun 30 min səs fərqlə məclisin Sulduzdan deputatı seçildiyi bildirilir. Dəqiq məlumat hələ yoxdur”.

Qeyd edək ki, fevralın 21-də İranda parlament seçkiləri keçirilib.


Xəbərin mənbəyi: https://axar.az/news/toplum/447154.html