Koronavirus

Ülvi Hüseynliyə yüksək VƏZİFƏ VERİLDİ - FƏRMAN

 12:15 22.02.2020     71

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də Ülvi Mötəbər oğlu Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.

Publika.az məlumatına görə, o, bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Ü.Hüseynli həm də Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Dövlət Qulluğunun Baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin ötən il imzaladığı sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.


Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/305752.html