Koronavirus

"Barselona" yeni qapıçı alır?

 12:19 22.02.2020     78

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu "Ayaks"ın və Kamerun millisinin qapıçısı Andre Onananı almaq istəyir.

"Barselona"nın yetirməsi olan 23 yaşlı qolkiperlə "Çelsi"nin də maraqlandığı bildirilib.

Qeyd edək ki, 2016-cı ildən Niderland klubunda çıxış edən A.Onana bu mövsüm yerli çempionatda 20 matça çıxıb və qapısında 17 qol görüb.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/sport/827934.html