Lerikdə avtomobil dərəyə aşdı: ölənlər var

 13:05 22.02.2020     161

Lerik rayonunda ağır yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb.

Belə ki, UAZ markalı avtomobil dərəyə aşıb. Nəticədə bir azyaşlı uşaq hadisə yerində ölüb. Yaralılardan biri Lerik Rayon Mərkəzi Xəstəxanasına, digəri isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq Lənkərana gətirilən yaralı yolda dünyasını dəyişib. Qəza zamanı avtomobildə bir ailənin 6 üzvü olub.

İlkin məlumata görə, hadisəyə ərazidəki qalın qar və buz örtüyü səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Lerik rayonunda ağır yol qəzası baş verib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/447171.html