Koronavirus

"Əmi oğlu, xala oğludurlar. Mafiya yaradıblar" - Xalq artisti ÇƏTİN VƏZİYYƏTDƏ - FOTO

 13:29 22.02.2020     64

"İnsanlar universitet bitirir, insanlar neçə il teatrda işləyir. Bu gün mən seriala çəkilmirəm, axı mən bu sənətdə can qoymuşam"

Milli.Az xəbər verir ki, bu şikayəti Xalq artisti Naibə Allahverdiyeva "Şən bazar" verilişində edib.

Aktrisa ölkədə son illər çəkilən film və serialların "mafiya" tərəfindən idarə edilməsindən giley-güzar edib:

"Mən qalıram kənarda, seriala yoldan keçən, bu sənətdən başı çıxmayan bir insan, tanışı var - Əmisi oğludur, xalası oğludur, bir mafiya yaradıblar. Onlar çəkilir, pulu da onlar qazanır. Bəs mən haradan pul qazanmalıyam? Axı bu mənim sənətimdir". 

Təhməz Təkin
Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/828029.html