Koronavirus

Daha bir ölkə İranla sərhədi bağladı

 21:37 23.02.2020     162

Bu gün Pakistan Taftan sərhəd məntəqəsi İranla nəqliyyat əlaqələrini müvəqqəti olaraq bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

İranda bu günə qədər 43 koronavirusla yoluxma hadisəsi qeydə alınıb, onlardan səkkizi ölümlə nəticələnib.

Pakistanın hökuməti daha əvvəl İranla həmsərhəd olan bütün ərazilərdə fövqəladə vəziyyət elan etmiş və zəvvarların Pakistandan bu ölkəyə getməsini qadağan etmişdi.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/447467.html