Koronavirus

Diabet xəstələrinin nəzərinə - Belə ayaqqabılar geyinməyin!

 21:35 23.02.2020     156

Diabet xəstələrinin 10 faizində diabetik ayaq xəstəliyi də müşahidə olunur. Ortopediya və travmatologiya Mütəxəssisi Dr. Doktor Ahmet Parmaksızoğlu yaranın açılmaması üçün nə etməli olduğunu tövsiyə edib. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkim ayağınızı sıxan sərt və iti burunluayaqqabı geyinməməyi, hər gün isti su ilə ayaqları yumaq və qulluq etməyi tövsiyə edib. Onun sözlərinə görə, ayaq yaraların olduqda müalicəsinə ilkin mərhələdə başlamaq vacibdir. Çünki sonrakı mərhələdə yara nəzarətdən çıxa bilər. Ayaqda diabet səbəbindən yara açıldıqdan sonra orta hesabla xəstəlkərin 16 faizi əzalarını itirməyə məcbur olur. 

Bu xəstələrdə motor funksiyası dayanır və tərləmə və qan dövranı kimi funksiyalar pisləşməyə başlayır. Xəstə ayağında yanma, qıcıqlanma və uyuşma kimi şikayətləri hiss edir. Bu şeyləri hiss edən diabetiklər ayaq yaralarının sonrakı dövrə keçməyə başlayacağını bilməlidir.

Şəkərli diabet xəstələrində ayaq yarası xəstəliyini inkişaf etdirməmək üçün həssaslığın itirilməsinə diqqət yetirilməlidir.Həkimin sözlərinə görə,nevrologiya və damar xəstəlikləri ayrıca  və ya hər ikisini əhatə edən komponentlər şəklində bəlli edə bilər. 

Diabetik həyat tərzinə səbəb ola biləcək ayaq narahatlığı barədə danışan həkim, xəstəliyin qarşısını almaq üçün vacib tövsiyələr verib:

-Ayaq baxımına böyük əhəmiyyət verin.

-Ayağı vuran, sıxan, sərt uclu ayaqqabı geyinməyin. 
 
-Pedikür müalicəsini özünüz tətbiq etməyin. 

-Əgər ayaqlarınızda yanma, uyuşma və karıncalanma hiss edirsinizsə, həkimə müraciət edin.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/health/803825.html