Koronavirus

O şəxslər cəzalandırılmalıdır - Məzahir Pənahov

 17:27 24.02.2020     64

"Bülletenləri korlayan məntəqə seçki komissiyaları cəzalandırılmalıdırlar. Onlar barəsində çox ciddi ölçü götürülməlidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin hər birinə çox ciddi şəkildə yanaşılır: "Əgər hər hansı bir pozuntu aşkar edilərsə, bununla bağlı müvafiq qərar qəbul edilir".

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/politics/828593.html