Koronavirus

Ötən gün yol qəzalarında 5 nəfər ölüb

 18:14 24.02.2020     73

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 35 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə 1 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/country/828531.html