Koronavirus

“Atam kəmərlə belimə vururdu, travma almışam” - Fəqan Məmmədov - VİDEO - FOTO

 18:34 24.02.2020     80

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı aktyor Fəqan Məmmədov və Üzeyir Mehdizadə olub.

Milli.Az bildirir ki, Fəqan Üzeyirlə olan dostluğundan söhbət açıb:

"Üzeyirlə 16 ildir ki, dostduq. Bir yerdə qədəm qoymuşuq. Yumorla bağlı ilk albom məsləhətini Üzeyir verdi".

Aktyor eyni zamanda keçdiyi çətin mübarizə yolundan da danışıb:

"Uşaqlıqdan Bərdə rayonunda "Şən Hazırcavablar klubu"nun kapitanı olmuşam. O komandanı da atamın qorxusundan gizlin yaratmışdım. Atam məni başqa sahəyə, vəzifə sahibi olmaq üçün yönləndirirdi... Döyülə-döyülə, kəmərlə belimə vururdu, amma gizlincə musiqi ilə məşğul olurdum. Travma almışam".

Milli.Az 


Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/828514.html