ABŞ Türkiyəyə “Patriot” verəcəkmi? - Ərdoğan nöqtə qoydu

 17:31 26.02.2020     73

ABŞ-ın bizə verəcək “Patriot”u yoxdur.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən deyib.

“ABŞ Prezidenti Donald Trampla görüşəndə ABŞ-ın Türkiyəyə dəstək verəcəyini bildirdi. Ancaq indi hər hansı dəstəkdən söhbət gedə bilməz. Görünən odur ki, bu aralar cənab Trampla yenidən əlaqə saxlamalı olacağam. Açıq şəkildə deyirəm ki, ABŞ-ın bizə verəcəyi “Patriot” sistemləri yoxdur.

Hazırda bizim əlimizdə sadəcə İspaniya istehsalı “Patriot” sistemləri mövcuddur”, - Ərdoğan bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın “Patriot” sistemlərini Türkiyədəki İncirlik bazasına göndərdiyi haqda məlumat yayılıb.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/448246.html