Koronavirus

Azərbaycanda koronavirusla bağlı saxlanılanların sayı açıqlandı

 18:40 28.02.2020     58

224 nəfər karantin şəraitində saxlanılıb. 12 nəfər İran, 1 nəfər İtaliya, 7 nəfər digər ölkələrin vətəndaşları, 204 nəfər isə Azərbaycan vətəndaşıdır.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:

"Epidemiya sərhəd tanımır. Biz virus yayılan ölkələrlə işləyirik. Bu şəxslər müalicə almırlar, sadəcə karantində saxlanılıblar".

O bildirib ki, bu rəqəmlər daima dəyişir: "Cavabların alınması vaxt alır. Labaratoriyalar 24 saat rejimində çalışır".


Xəbərin mənbəyi: https://axar.az/news/toplum/448869.html