Koronavirus

İran parlamenti koronavirusa görə fəaliyyətini dayandırdı

 19:11 28.02.2020     41

İranda daha 2 millət vəkili koronavirusa yoluxduğuna görə parlamentin fəaliyyəti müvəqqəti təxirə salınıb.

Publika.az xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat xidmətindən açıqlama verilib. Bildirilib ki, buna qədər ümumilikdə 4 deputat koronavirusa yoluxub. Açıqlamaya görə, müvafiq dairələr virusun yayılmasının qarşısının alınması üçün tədbirləri davam etdirir.

Qeyd edək ki, İranda koronavirusdan 34 nəfər həyatını itirib. 388 nəfər virusa yoluxub.

Anar Türkeş


Xəbərin mənbəyi: https://publika.az/news/region/306396.html