Koronavirus

ABŞ-dan Türkiyəyə: Dəhşətli hücumlar nəticəsində...

 19:16 28.02.2020     64

ABŞ-ın Ankara səfirliyi Bəşər Əsəd rejiminin İdlibdəki türk əsgərlərinə hücum etməsinə biganə qalmayıb.

Axar.az xəbər verir ki, ABŞ səfirliyi Türkiyəyə başsağlığı verib.

"Türk xalqına başsağlığı veririk. Ötən gecə İdlibdəki dəhşətli hücumlar nəticəsində türk əsgərləri həyatını itirdi", - səfirlik bəyanatında bildirib.

Qeyd edək ki, Əsəd ordusunun ötən gecə İdlibdə hücumu nəticəsində 33 türk əsgəri şəhid olub.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/448875.html