Ronaldo evləndi - İtaliya mediası

 22:46 20.11.2019     51

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kristiano Ronaldo sevgilisi Corcina Rodriqeslə evlənib.

Qol.az xəbər verir ki, bu barədə İtaliyanın "Novella 2000" jurnalı məlumat yayıb. Bildirilib ki, nikah mərasimi bu günlərdə Mərakeşdə keçirilib və ictimaiyyət üçün bağlı olub. Nəşr ən yaxın nömrələrində tədbirdən şəkil dərc edəcəyini açıqlayıb. Ancaq hələlik bu məlumat təsdiqlənməyib.

Qeyd edək ki, cütlüyün bir qızı var.


Xəbərin mənbəyi: https://axar.az/news/idman/423163.html