Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə işə başladı

 00:28 21.11.2019     32

Rusiya və Türkiyə Suriyanın Haseke bölgəsində ortaq patrul xidməti həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyadanın Suriyadakı Tərəfləri Barışdırma Mərkəzinin rəhbəri Yuri Borenkov deyib.

“Haseke bölgəsində, Arada Kibira-Karamaniya səmtində rus-türk patrul xidməti həyata keçirildi. Rusiya helikopterləri havadan hərbi konvoyun təhlükəsizliyini təmin etdi”, - deyə Borenkov bildirib.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/423177.html