Şəhid adından istifadə edən şəxslə bağlı tapşırıq verildi

 10:48 21.11.2019     36

Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməllərilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Axar.az-a verilən məlumata görə, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkədə aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.


Xəbərin mənbəyi: https://axar.az/news/toplum/423230.html