Elmira Süleymanova Nəcəf Tağıyevi işdən çıxartdı

 10:57 21.11.2019     29

Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri Nəcəf Tağıyev vəzifəsindən azad olunub.

N.Tağıyev Lent.az -a bildirib ki, azad olunması üçün özü ərizə ilə müraciət edib:

“Buna səbəb Dövlət Gömrük Komitəsində yeni vəzifəyə təyinat almağımdır. Yerimə isə hələ ki təyinat olmayıb”.

Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bununla bağlı müvafiq əmr imzalayıb.

Bu barədə ilk məlumatı “Report” yayıb.


Xəbərin mənbəyi: https://lent.az/news/331983